04.10.24
OZON-dan sifariş qaydası
Ozon onlayn mağazası Azərbaycana rahat çatdırılma təklif edir. Sifariş prosesini asanlaşdırmaq üçün sizə addım-addım təlimat hazırlamışıq. Bu məqalədə necə düzgün qeydiyyatdan keçəcəyinizi, məhsul seçəcəyinizi və onu sizin üçün uyğun olan yerə çatdıracağınızı öyrənəcəksiniz.
1. Ozon-da qeydiyyat qaydası
Ozon saytında qeydiyyat:
- ozon.com-a daxil olun.
- Yuxarı sağ küncdə "Daxil ol" və ya "Qeydiyyat" düyməsini basın.
- Mobil telefon nömrənizi daxil edin.
- SMS vasitəsilə göndərilən təsdiq kodunu daxil edin. Diqqət: Bəzi hallarda SMS gəlməyə bilər və Ozon zəng edəcək. Zəngə cavab vermək lazım deyil, zəng edən nömrənin son 6 rəqəmini saytda daxil edin.
- Adınızı və e-poçt ünvanınızı daxil edərək qeydiyyatı tamamlayın.
Ozon Mobil tətbiq yükləmə və qeydiyyatı:
- iOS və ya Android üçün Ozon tətbiqini yükləyin.
- Tətbiqi açın və "Daxil ol" və ya "Qeydiyyat" düyməsini basın.
- Mobil nömrənizi daxil edin və SMS təsdiq kodunu daxil edin.
- Qeydiyyatı tamamladıqdan sonra tətbiqdən istifadə etməyə başlayın.
2. Çatdırılma ünvanının seçilməsi
- Hesabınıza daxil olun və "Ünvanlar" bölməsinə keçin.
- Azərbaycandakı ünvanınızı daxil edin və yaxınlıqdakı təhvil məntəqəsini seçin. Yaxın təhvil məntəqələrini xəritə üzərindən də görə bilərsiniz.
- Məhsulun çatdırılma vaxtı məhsulun kartında göstərilir, buna diqqət edin.
- Saytın aşağı hissəsində dil və valyuta seçin (manat üçün AZN).
3. Məhsul seçimi və axtarış
- Axtarış bölməsindən və ya məhsul kateqoriyalarından istifadə edərək lazımi məhsulu tapın.
- Məhsulun qiymətini, çatdırılma şərtlərini və müştəri rəylərini nəzərdən keçirin. Məhsulun keyfiyyəti və satıcının etibarlılığını yoxlamaq üçün rəylərə diqqət edin.
- Lazımi məhsulu səbətə əlavə etmək üçün "Səbətə əlavə et" düyməsini basın.
4. Sifarişin rəsmiləşdirilməsi
- Səbətinizə daxil olun və sifarişə daxil olan bütün məhsulları və onların qiymətlərini yoxlayın.
- "Sifarişi rəsmiləşdir" düyməsini basın və çatdırılma ünvanını seçin.
5. Çatdırılma üsulunun seçilməsi
- Ozon sizə iki çatdırılma üsulu təklif edir:
- Kuryer çatdırılması: Məhsulunuz göstərdiyiniz ev ünvanına çatdırılacaq.
- Təhvil məntəqəsində çatdırılma: Məhsulu yaxın təhvil məntəqəsindən götürə bilərsiniz.
- Diqqət yetirin ki, çatdırılmanı iki şirkət həyata keçirir: Uni və Limak. Şirkətdən asılı olaraq çatdırılma vaxtı və qiyməti fərqli ola bilər.
6. Ödəniş
- Sifarişi yalnız bank kartı ilə ödəyə bilərsiniz.
- Ödəniş zamanı karta çəkilən məbləğ Qazaxıstan tenqesi (KZT) ilə olacaq, buna görə təəccüblənməyin, çünki bu standart prosedurdur.
7. FIN kodu və pasport məlumatlarının əlavə edilməsi
Sifarişi rəsmiləşdirdikdən sonra sizdən 24 saat ərzində FIN kodu və pasport məlumatlarını əlavə etməyiniz tələb olunacaq. Bu məlumatlar gömrük prosesləri üçün lazımdır. FIN kodunun nə olduğunu bilmək üçün bu "FIN Kod Nədir?" məqaləni oxuyun.
Bunun üçün:
- Hesabınızın sifariş bölməsinə keçin.
- FIN kodunuzu və pasport məlumatlarınızı daxil edin və təsdiqləyin.
8. eCustoms bəyanının doldurulması
Sifariş verdikdən sonra bir neçə gün ərzində sizə SMS göndəriləcək və eCustoms gömrük bəyannaməsini doldurmaq xahiş ediləcək. Bəyannamənin necə doldurulacağını öyrənmək üçün eCustoms necə bəyan etmək? məqaləni oxuyun.
- SMS-də göstərilən linkə keçin və ya hesabınıza daxil olun.
- Məhsulun təsviri və qiyməti kimi lazımi məlumatları daxil edin.
9. Sifarişin izlənməsi
Sifarişinizin vəziyyətini şəxsi kabinetdən və ya tətbiqdən izləyə bilərsiniz. Hər bir çatdırılma mərhələsi barədə Ozon sizə bildiriş göndərəcək.
10. Sifarişin təhvil alınması
- Məhsul çatdırılma məntəqəsinə çatdırıldıqda və ya kuryer tərəfindən ünvanınıza gətirildikdə sizə SMS göndəriləcək.
- Təhvil məntəqəsindən məhsulu götürmək üçün şəxsiyyət vəsiqənizi təqdim edin.
- Əgər kuryer çatdırılmasını seçmisinizsə, məhsulu kuryerdən təhvil aldığınız zaman bunu təsdiqləməyiniz tələb olunacaq.
Qeyd:
Ozon, Azərbaycanda yalnız Bakıya deyil, həm də rayonlara çatdırılma təklif edir. Sifarişi rəsmiləşdirərkən bu seçimi də nəzərdən keçirin.