İngiltərədən £2.85 -dən başlayan qiymətlərlə çatdırılma! qiymətlərlə çatdırılma!
Starex MMC beynəlxalq çatdırılma kargo şirkətidir, Türkiyə, Amerika və Çindən sifarişlərin sürətli və etibarlı şəkildə Azərbaycana çatdırılmasını həyata keçirir.
Starex MMC beynəlxalq çatdırılma sahəsində xidmət göstərərək Türkiyə, Amerika və Çindən sifarişlərinizin rahat və sürətli çatdırılmasını təmin edir.
Türkiyə, Amerika və ya Çindən məhsul sifariş vermək üçün ilk addım olaraq saytımıza qeydiyyatdan keçin.
İstənilən onlayn mağazadan sifariş verin və məhsulunuzu xaricdəki Starex ünvanına göndərin. Alternativ olaraq, Türkiyədən "Həvalə et" xidməti vasitəsi ilə sifarişinizi bizə həvalə edə bilərsiniz.
Bağlamalarınızın çatdırılma ödənişini Starex balansınızdan və ya digər ödəniş üsulları ilə həyata keçirin.
Məhsulunuzu filiallarımızdan təhvil alın və ya adresinizə çatdırılma xidmətindən istifadə edin.
Starex, Türkiyə, Amerika və Çindən Azərbaycana sifarişləri çatdıran beynəlxalq karqo şirkətidir. Şirkət, onlayn alış-veriş sevənlər üçün əlverişli həllər təqdim edərək müştərilərin rahatlığına və sürətli çatdırılmaya önəm verir. "Starex" MMC Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əldə etdiyi lisenziya ilə beynəlxalq poçt bağlamalarının çatdırılmasını həyata keçirir. Trendyol, Amazon, AliExpress kimi platformalardan verilən sifarişlər Starex vasitəsilə qısa zamanda müştərilərə çatdırılır.
Starex, müştərilərə beynəlxalq çatdırılma xidmətlərini sərfəli qiymətlərlə təklif edir. Bağlamaların çəkisinə görə müəyyən edilmiş tariflər həm standart, həm də maye və təhlükəli məhsullar üçün fərqlənir.
“Həvalə et” xidməti ilə siz məhsulu seçirsiniz və Starex sizin əvəzinizə sifarişi həyata keçirir. Məhsulun linkini "Sifarişlərim" bölməsində yerləşdirirsiniz və Starex balansınızı artırdıqdan sonra ödənişi tamamlayırsınız. Türkiyədən sifariş zamanı 5% komissiya tətbiq olunur.
Türkiyə saytlarından birbaşa sifariş edərkən, şəxsi kabinetinizdəki "Xaricdəki ünvanlarım" bölməsindəki Starex ünvanını qeyd edirsiniz və ödənişi kart vasitəsilə tamamlaya bilərsiniz. Sifariş anbara çatdıqda, sizə mail və sms vasitəsilə bildiriş göndəriləcək.
Amerika və Çindən sifariş edərkən, Starex-in “Həvalə et” xidməti mövcud deyil. Bunun əvəzinə, öz kartınızı istifadə edərək sifarişinizi xarici anbar ünvanımıza yönləndirə bilərsiniz. Sifariş təsdiqləndikdən sonra, bəyannaməni əlavə etməyiniz tələb olunur.
Sifarişlərinizin izlənilməsi şəxsi kabinetinizin "Bağlamalar" bölməsində mümkündür. Eyni zamanda, bağlamanızın statusu dəyişdikcə sizə həm sms, həm də e-mail vasitəsilə məlumat göndəriləcək.
Starex vasitəsilə aşağıdakı məhsulların daşınması mümkün deyil: odlu silahlar, partlayıcı maddələr, narkotiklər, canlı heyvanlar və bəzi kosmetik məhsullar. Türkiyədən maye məhsulların daşınması mümkündür, lakin Çindən batareya və qida məhsullarının daşınması mümkün deyil.
“Həvalə et” xidməti ilə etdiyiniz sifarişlərdə hər hansı yanlış və ya qüsurlu məhsul gəldikdə, Starex tərəfindən ödədiyiniz məbləğ sizə geri qaytarılır. Bağlamanızı alarkən dərhal yoxlayın və problemi dərhal Starex əməkdaşlarına bildirin.
Xarici ünvanları istifadə edərək sifariş etdiyinizdə, Starex yalnız məhsulun çatdırılmasını təşkil edir və məhsulun keyfiyyətinə görə məsuliyyət daşımır. Ancaq, satıcıdan qaynaqlanan səhvlərdə, Starex-in “Geri qaytarma” xidmətindən istifadə edə bilərsiniz.
Adətən sorğuların araşdırılması 15 iş günü ərzində tamamlanır. Lakin satıcı tərəfindən gec cavab verilə bilər, buna görə də bu müddət uzana bilər.
Starex vasitəsilə “Həvalə et” xidməti ilə təsdiqlənən, lakin tədarükü mümkün olmayan sifarişlərin invoys məbləği geri qaytarılır. Lakin 5% komissiya haqqı geri qaytarılmır.
“Həvalə et” xidməti ilə edilən sifarişlərdə virtual post xidmətləri və bank köçürmələri xərcləri olduğuna görə, 5% komissiya geri ödənilmir. Yalnız məhsulun invoys məbləği balansınıza geri qaytarılır.