İngiltərədən £2.85 -dən başlayan qiymətlərlə çatdırılma! qiymətlərlə çatdırılma!

Xaricdən telefon gətirmək

xaricden-telefon-getirmek66f83dddcf1d1.png

2024-cü ildə xaricden telefon getirmek bir qədər dəyişən qanunvericiliklə müşayiət olunur. Azərbaycana şəxsi istifadə məqsədilə mobil telefon gətirmək istəyən şəxslər bir neçə vacib qaydaya və ödəmə şərtlərinə əməl etməlidirlər. Xaricdən telefon gətirmək həm gömrük qaydaları, həm də IMEI qeydiyyatı ilə tənzimlənir. Bu məqalədə, xaricdən telefon sifarişi zamanı diqqət yetirilməli məqamları ətraflı şəkildə izah edirik.


Xaricdən telefon sifariş üçün gömrük qaydaları və vergilər

Azərbaycana xaricdən gətirilən telefonların gömrük rüsumları müəyyən limitlər çərçivəsində tutulur. Əgər mobil telefonun dəyəri 300 ABŞ dollarını keçməzsə, bu məbləğdən gömrük rüsumu tutulmur. Lakin telefonun dəyəri bu limiti keçərsə, əlavə dəyərdən 36% vergi tutulur.

Məsələn, 1000 ABŞ dolları dəyərində bir telefon sifariş etdiyiniz zaman 300 dollardan artıq olan məbləğə — yəni 700 dollara vergi tətbiq olunur. 36% vergi bu məbləğ üzərində hesablanır. Bu səbəbdən, vergi tutulacaq məbləğ 700 dollardır və bu məbləğin 36%-i, yəni 252 ABŞ dolları telefon gömrük rüsumu kimi ödənilir.


Mobil cihazların IMEI qeydiyyatı və dövlət telefon rüsumları 2024

Hər bir mobil telefonun ölkəyə gətirildikdən sonra qeydiyyata alınması məcburidir. IMEI qeydiyyatı üçün tətbiq olunan dövlət rüsumları telefonun bazar qiymətindən asılı olaraq dəyişir:

  • Telefonun dəyəri 100-200 ABŞ dolları arasında olduqda — 30 manat telefon gömrük rüsumu
  • Telefonun dəyəri 201-400 ABŞ dolları arasında olduqda — 40 manat telefon gömrük rüsumu
  • Telefonun dəyəri 401-700 ABŞ dolları arasında olduqda — 50 manat telefon gömrük rüsumu
  • Telefonun dəyəri 701-1000 ABŞ dolları arasında olduqda — 70 manat telefon gömrük rüsumu
  • Telefonun dəyəri 1001 ABŞ dollarından yuxarı olduqda — 100 manat telefon gömrük rüsumu

Bu rüsumlar, telefonun Azərbaycanda istifadə edilməsi üçün qanuni qeydiyyat prosesində ödənməli olan məbləğlərdir.

Telefonun qeydiyyatdan keçirilməsi qaydaları ilə daha ətraflı şəkildə tanış olmaq üçün Telefon qeydiyyat kecirmək ve rüsümü məqaləni oxuya bilərsiniz.


Daşınma haqqı

Mobil telefonun daşınması üçün xarici kargo şirkətlərindən istifadə etmək lazımdır. Məsələn, Asercargo vasitəsilə ABŞ-dan Azərbaycana telefon daşınması üçün 0.5 kq-dan 1 kq-a qədər olan bağlamalar üçün daşınma haqqı 7.75 ABŞ dolları (13.18 AZN) təşkil edir.


Məsələn: Amerikadan iPhone 16 Pro telefonunun sifarişi (1000 ABŞ dolları)

iPhone 16 Pro telefonu xaricdən sifariş etmək istəyirsinizsə, aşağıdakı məbləğlər nəzərə alınmalıdır:

  • Telefonun dəyəri: 1000 ABŞ dolları
  • Gömrük limiti: 300 ABŞ dolları (vergi tutulmayan məbləğ)
  • Vergi tutulacaq məbləğ: 700 dollar (1000 - 300)


Gömrük rüsumu bu məbləğdən 36% hesablanır:

  • Gömrük rüsumu: 700 x 36% = 252 dollar (iphone qeydiyyat qiymeti 2024)


Bundan əlavə:

  • IMEI qeydiyyat rüsumu: Telefonun dəyəri 1000 ABŞ dolları olduğu üçün 70 manat
  • Daşınma haqqı (Asercargo): 7.75 ABŞ dolları (13.18 AZN)


Ümumi telefon getirmək qeydiyyat və rüsüm qiymetleri 2024:

  • Mobil Telefon gömrük rüsumu: 252 ABŞ dolları
  • IMEI telefon qeydiyyat rüsumu: 70 manat
  • Amerikadan telefon daşınma haqqı: 7.75 ABŞ dolları (13.18 AZN)


Bu qaydalarla, ölkəyə telefon gətirmək və istifadəsi üçün ümumi xərcləri əvvəlcədən hesablamaq mümkündür.